Zelenski ilə Zalujnı arasındakı fikir ayrılıqları müzakirə edilib...

9 Dekabr 2023 00:26 (UTC+04:00)

Amerika və Ukrayna rəsmiləri ötən ay keçirilən görüşlərdə Vladimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasında yaranmış gərginliyi müzakirə ediblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “The Messenger” mənbələrə istinadən məlumat yayıb. Verilən xəbərə görə, müzakirələrdə bu gərginliyin münaqişəyə necə təsir göstərə biləcəyi qeyd edilib.

...ABŞ rəsmiləri qeyd ediblər ki, bu cür hərbi-siyasi gərginlik müharibə dövründə qeyri-adi deyil və Ukraynada parçalanma hələ kritik həddə çatmayıb.

Bunu portal yazır.

Həmçinin, nəşrə görə, Amerika rəsmiləri Vaşinqtonun mövqeyinə yenidən baxmağı təklif ediblər, ona görə Ukrayna münaqişədə qələbə üçün şərtləri müəyyənləşdirməlidir.

Nazlı