Zelenski bütün əsgər və komandirlərə təşəkkür edib

9 Dekabr 2023 00:18 (UTC+04:00)

...Ukrayna Prezidenti Vladimir Zelenski Ali Baş Komandanın qərargahının növbəti iclasını keçirib. Tədbirdə cəbhədəki əməliyyat vəziyyəti müzakirə olunub.

SİA bu barədə dövlət başçısının müraciətinə istinadən xəbər verir.

...Beləliklə, qərargahın iclası keçirilib. Həmişə olduğu kimi bu dəfə də Ali Baş Komandan və ərazilərdə olan komandirlər əməliyyat şəraiti barədə məlumat veriblər.

Zelenski göstərdikləri mətanət və cəsarətə görə bütün əsgər və komandirlərə təşəkkür edib.

...Dövlətimizin vəzifəsi - indi də nə qədər çətin olsa da, güc nümayiş etdirmək və düşmənin təşəbbüsü ələ keçirməsinə, onların mövqe qazanmasına imkan verməməkdir. Fəaliyyətləri Ukrayna üçün məhz bunu təmin edən hər kəsə təşəkkür edirəm. Bu gün mən ən çox özünü göstərən döyüşçüləri xüsusi qeyd etmək istərdim - həm indi, həm qışda, həm də bu payız döyüşlərində...

Nazlı