Şampun alınmayıb deyə, yolkanı oğurlayıblar...

8 Dekabr 2023 22:18 (UTC+04:00)

...Moskvada iki kişi ticarət mərkəzində şampun oğurlamağa iki dəfə cəhd ediblər, lakin buna nail ola bilmədikdə... yolka oğurlayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Baza Telegram kanalı yayıb.

Telegram kanalının məlumatına görə, hadisə Miklouho-Maclay küçəsində yerləşən ticarət mərkəzində baş verib. İki moskvalı mağazalardan birindən şampun oğurlamağa çalışsalar da, cəhdləri uğursuz alınıb. Daha sonra onlar bunu yenidən etməyə çalışıblar və yenə də alınmayıb.

Bundan sonra onlardan biri dəhlizdə dayanan süni yolkadan tutub. Yolkanı oğurlayan moskvalılar ticarət mərkəzindən qaçaraq avtobusa minərək gözdən itiblər.

Hadisənin digər təfərrüatları və şəraiti barədə məlumat verilmir.

Nazlı