Aviaşirkət təsisçisi korrupsiya ittihamlarını rədd edib

8 Dekabr 2023 23:36 (UTC+04:00)

...Gürcüstanın ən böyük aviaşirkətinin təsisçisi korrupsiya ilə bağlı bütün ittihamları yalan adlandırıb. Onun sözlərinə görə, bunlar tamamilə əsassızdır.

“Georgian Airways”in təsisçisi Tamaz Qayaşvili bildirib ki, ona qarşı bütün korrupsiya ittihamları əsassızdır.

...Təəssüf ki, Gürcüstan siyasətində məğlubiyyətə düçar olmuş siyasətçilərin əsassız ittihamları çox adi hala çevrilib. Bu, açıq-aşkar mənəviyyat çatışmazlığından xəbər verir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu aviaşirkətin təsisçisi bildirib.

O, nə startdan əvvəl, nə də sonra korrupsiya ilə məşğul olmadığını vurğulayıb. Qayaşvili əlavə edib ki, o, həmişə mülki aviasiyaya və xalqa xidmət edib.

Bundan əlavə, o, hökumətdən və parlamentdən bu məsələni araşdıracaq istintaq komissiyasının yaradılmasını xahiş edib.

Bundan əvvəl “Gürcüstan naminə” partiyası Qayaşvilini hakim “Gürcü arzusu” partiyası ilə korrupsiya sövdələşməsinə getməkdə ittiham etmişdi. Bunu aviaşirkətin borclarının silinməsi də təsdiqləyir(?).

Nazlı