Ançelotti: "Mənim başqa məqsədim var"

8 Dekabr 2023 21:25 (UTC+04:00)

"Real"iin baş məşqçisi Karlo Ançelotti hazırda Səudiyyə Ərəbistanına keçməkdə maraqlı olmadığını bildirib.

Matc.az xəbər verir ki, Ançelottinin "Real"la müqaviləsi 2024-cü ilin yayına qədərdir. Müqavilənin uzadılacağı, yoxsa Karlonun başqa yerdə işləməyə davam edəcəyi hələlik məlum deyil.

Çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: “Mənə Ərəbistandan zəng etmədilər. Mən indiki zamanda yaşayıram və bu gözəldir. Mənim başqa məqsədim var. Pulun əsas olmadığı ailədə böyüdüyüm üçün heç vaxt pul haqqında düşünməmişəm. İndi pulum var, amma yenə də fərqi yoxdur. Əsas odur ki, ətrafda özünü yaxşı hiss etsin. Ərəbistana getsəm, mən də yaxşı olacağam, amma indi burada özümü yaxşı hiss edirəm və ümid edirəm ki, eyni ruhda davam edə biləcəyəm”.