"Dövlətimiz təhsilimizin inkişafı üçün daim addımlar atır" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

8 Dekabr 2023 20:13 (UTC+04:00)

2024-cü ilin təhsil büdcəsində təhsilə ayrılan vəsait daha da artırılıb. Bunu SİA-ya açıqlamasında Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, burada 4 milyard yarım milyon vəsaitdən söhbət gedir:Hesab edirəm ki, bu təhsil üçün kifayət qədər böyük bir məbləğdir. Neçə ildir Azərbaycan təhsilində bu işlər davam etdirilir. Təhsilə hər il ayrılan vəsaitin daha da artırıldığını, əlavə edildiyinin şahidi oluruq".

Millət vəkili bildirib ki, ayrılan büdcə Burada əlbəttə Elm və Təhsil Nazirliyi aparatının maliyyələşdirilməsi, eyni zamanda elm sahəsinə ayrılan vəsaitin artırılması üçün nəzərdə tutulur: "Dövlətimiz təhsilimizin inkişafı üçün addımlar atır. Yeni təhsil müəssisələrinin tikilməsi, yaradılması həyata keçirilir. Deyə bilərik ki, təhsilə ayrılan vəsait xeyli artırılıb, bu dövlətimizin təhsilə önəm verdiyinin göstəricisidir".