Amadu Onana karyerasını "Barselona"nda davam etdirə bilər?

8 Dekabr 2023 19:49 (UTC+04:00)

Kataloniya “Barselona”sı uzun müddətə dəstək zonasında problemlərini həll edə biləcək variant tapıb.

SİA-nın əldə etdiyi məlumata görə, “Mundo Deportivo” xəbər verir ki, ispan nəhənginin skautları uzun müddətdir ki, "Everton"dan Amadu Onananı izləyir və belçikalı haqda yaxşı təəssürat yaradırlar.

Onları Amadunun top qazanmaq bacarığı, dözümlülüyü və ikinci mərtəbədəki oyunu cəlb edir.

Amma bir problem var. Belə ki, futbolçu ilə müqavilə imzalamaq elə də asan olmayacaq, çünki “Everton” onu saxlamaq istəyir.

Yeri gəlmişkən, Transfermarkt Amadou Onananı 50 milyon avro dəyərində qiymətləndirir.

Nazlı