Buryatiyada analoqu olmayan meqakoloniya tikilir..?

8 Dekabr 2023 19:34 (UTC+04:00)

Ulan-Ude sakinləri şəhərdə Rusiyanın ən böyük islah koloniyasının tikilməsi planlarına etiraz olaraq küçələrə çıxıblar.

SİA “Kedr” nəşrinə istinadən xəbər verir ki, onun tikintisi üçün hakimiyyət 80 hektar meşə sahəsini kəsməyi planlaşdırır.

Deyilənlərə görə, yeni koloniyada üç minə qədər məhbus yerləşməlidir.

...Buryatiya hakimiyyəti iddia edir ki, onun açılması şəhər iqtisadiyyatına və şəhər mühitinin inkişafına faydalı təsir göstərəcək.

...İstənilən böyük obyekt özü ilə birlikdə infrastrukturu çəkən obyektdir. Buraya elektrik, istilik, su, yollar və s. daxildir. Çünki böyük obyekt infrastrukturun inkişafına təkan verir.

Buryatiyanın rəhbəri Aleksey Tsıdenov deyib bunu.

Bununla belə, şəhər əhalisinin etirazına görə yeni koloniyanın Buryat paytaxtının hansı ərazisində tikiləcəyi ilə bağlı qərar hələ verilməyib.

Koloniya tikintisi üçün namizəd olan məhəllələrdən birinin sakinləri regional və federal hakimiyyət orqanlarına etiraz videomüraciəti ediblər.

...Bizə xüsusi zona - böyüklüyünə Rusiyada analoqu olmayan meqakoloniya tikəcəyimizlə bağlı belə dəhşətli xəbər verilməyib. Ulan-Ude Rusiyanın ən çirkli üç şəhərindən biridir. Sizsə 80 hektar sahədə şam meşəsini kəsmək istəyirsiniz? Biz qəti şəkildə buna etiraz edirik.

Şəhər sakinləri koloniyanın tikintisi ilə bağlı ictimai dinləmələrin dekabrın 6-da keçirildiyini, lakin tikintisi nəzərdə tutulan mikrorayonların sakinlərinə bu barədə məlumat verilmədiyini, dinləmələrdən və qəbul edilən qərarlardan yalnız “faktdan sonra xəbər tutduqlarını” vurğulayırlar.

Nazlı