Sofiya Rotarunun Krımdakı əmlakı əlindən alınır, bilirsiniz niyə..?

8 Dekabr 2023 18:18 (UTC+04:00)

Müğənninin Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təbrik məktubu dərc etməsindən sonra Sofiya Rotarunun Krımda yerləşən “Villa Sofia” oteli milliləşdirilir.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Krım kanalı məlumat yayıb.

Deməli, SİA-nın bir müddət bundan əvvəl yazdığı kimi, Rotaru Ukrayna Silahlı Qüvvələrinin təbrik məktubuna görə Krımda daşınmaz əmlakdan məhrum ediləcək.

Qeyd edək ki, Rotaru əvvəllər açıq şəkildə Ukrayna hərbçilərini dəstəkləyirdi. Belə ki, o, dekabrın 6-da Ukraynada Möcüzə İşçisi Müqəddəs Nikolayın xatirəsi qeyd edilən zaman onlayn təbrik məktubu dərc edib. Məktubda açıqcada Müqəddəs Nikolay və Ukrayna Silahlı Qüvvələrinin əsgəri təsvir olunub.

Onu da qeyd edək ki, Krım parlamentinin rəhbəri Vladimir Konstantinov noyabrda, Krım hakimiyyətinin “Villa Sofia” otelinin milliləşdirilməsi imkanını nəzərdən keçirdiyini bəyan etmişdi.

Yeri gəlmişkən, Rotarunun “Villa Sofia” oteli Yalta sahilində yerləşir və artıq bir neçə ildir ki, işləmir.

Onu da bildirək ki, bundan əvvəl Krım parlamenti bir sıra ukraynalı siyasətçi və oliqarxların əmlakını milliləşdirmə adı ilə əllərindən alıb. Belə ki, bu siyahıya Rinat Axmetov, İqor Kolomoyski, Arseni Yatsenyuk, Nestor Şufriç, Sergey Taruta və başqaları daxildir.

Nazlı