Rusiya əsirliyində olan ukrayna hərbçilərinin sonrakı halı...

8 Dekabr 2023 18:05 (UTC+04:00)

...Rusiya 28 min ukraynalı dinc sakini əsir saxlayır, onların vəziyyəti barədə heç nə məlum deyil.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets cümə axşamı “Azadlıq və ya qorxu” beynəlxalq insan haqları konfransında bildirib.

Alman nəşri olan “Deutsche Welle” yazır ki, Lubinets, “mülki girovların” saxlanmasını Ukraynanın işğal olunmuş ərazilərində mülki müqavimətin yatırılması üçün yeni sistem adlandırıb.

...Bu günə olan məlumata görə, 28 min Ukrayna vətəndaşı Rusiya Federasiyasının əsirliyindədir. Onların vəziyyətini yoxlaya bilmirik, Rusiya həbsxanalarına girə bilmirik, dərman köçürə bilmirik. Biz bir daha beynəlxalq ictimaiyyətə müraciət edirik: vətəndaşlarımızı qorumaqda bizə kömək edin, onları geri qaytarmağa kömək edin!

Ukrayna Ombudsmanının sözlərinə görə, ruslar tərəfindən əsir götürülənlər arasında yaşı 65-dən yuxarı olan 2000 ukraynalı var.

Lubinets deyib ki, 80 yaşdan yuxarı insanların yalnız ukraynayönlü bəyanatlarına görə əsir götürülməsi halları olub.

Xatırladaq ki, bundan əvvəl Lubinets, Rusiyanın Ukraynada yeni Maydan hazırlamaq üçün əsirlərin mübadiləsinə mane olması barədə fikir bildirmişdi...

Konfransda Dmitri Lubinets əsirlikdə olan ukraynalılara ruslar tərəfindən rəngli suya bənzər bir şey verildiyinə görə, onların kiloqram itirirdikllərini də deyib.

Ombudsmanın bildirdiyinə görə, Rusiya əsirliyindən qayıdandan sonra Ukrayna hərbçiləri əsasən ağır vəziyyətdə olurlar və onların reabilitasiyaya ehtiyacı olur.

Nazlı