Şuşaya prokuror təyin edilib

8 Dekabr 2023 17:21 (UTC+04:00)

Şuşaya prokuror təyin edilib. Bu barədə SİA-ya Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Nəriman Əsədov Şuşa rayonuna prokuror təyin edilib.

Xatırladaq ki, N.Əsədov bu təyinatadək Baş рrоkurоr yanında Korrupsiyaya qаrşı Mübarizə Ваş İdаrəsinin Preventiv tədbirlər və təhqiqat idаrəsinin рrоkuroru vəzifəsində çalışıb.