Amerikan yazıçı həyatını itirdi

8 Dekabr 2023 16:04 (UTC+04:00)

Amerikalı məşhur ssenarist və prodüser Norman Lear 101 yaşında vəfat edib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, onun Los-Angelesdəki evində öldüyü bildirilir.

Norman Lirin ailəsi tərəfindən edilən şərhdə, "Norman maraq, əzm və empatiya ilə dolu bir həyat yaşadı. O, ölkəmizi dərindən sevdi və bir ömür boyu onun əsasını qoyduğu ədalət və bərabərlik ideallarını qoruyub saxlamağa kömək etdi. Xalqımızın real həyatları haqqında yazmaq üçün bir ehtiras izlədi” sözləri yer alıb.

Norman Lirin proqramları irqçilik, feminizm və sosial bərabərsizliklər kimi o illərdə hələ müzakirə olunmağa cəsarət etmədiyi mövzulardan bəhs edirdi. Lir "Şahzadə gəlin" və "Qızardılmış yaşıl pomidorlar" filmlərinin prodüseri olub və 1967-ci ildə "Amerikan tərzi boşanma" filminə görə ən yaxşı ssenariyə görə Akademiya mükafatına namizəd olub.

Sevilin Abbasova