"Uğurlu bünövrə möhtəşəm qələbələr bəxş etdi" -MÜNASİBƏT

8 Dekabr 2023 15:48 (UTC+04:00)

“Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqımızın dəstəyi ilə Azərbaycan Pespublikasının Prezidenti seçildikdən sonra bir sıra olduqca prinsipal gələcəyimizi təyin edəcək addımlar atdı”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, hər şeydən öncə daxili siyasi sabitliyi təmin etmək bir tarixi zərurət idi. Belə ki həmin ərəfədə Azərbaycan müxtəlif silahlı qruplaşmalar mövcud idi ki, onlar hakimiyyət uğurunda qeyri-sivil mübarizə aparırdılar: “Bu da təbii ki, ölkənin həm siyasi, həm də iqtisadi baxımdan gələcəyini sual qarşısında qoyurdu. Ulu Öndər Heydər Əliyev olduqca gərgin tarixi bir şəraitdə siyasi sabitliyi təmin etməklə sosial iqtisadi islahatların həyata keçirilməsi üçün zəmin yaratmış oldu. Əks halda milli iqtisadi sistemi qurmaq və bu əsasda sosial xarakterli addımları qeyri-mümkün olardı. Ölkədə daxili siyasi sabitlik təmin edildikdən sonra milli iqtisadi sistemin qurulması istiqamətində addımlar atıldı, bu mənada ən təsirli addımlarlardan biri 1994-cü il sentyabr ayının 20-də "Əsrin müqaviləsi"nin imzalanmasından ibarət oldu. Çünki iqtisadi resurslar olmadan sosial yönümlü siyasətin həyata keçirilməsi qeyri-mümkün olardı. Artıq milli iqtisadi sistemin ilkin elementlərinin formalaşmasından dərhal sonra Azərbaycan dövlətinin sosial xarakteri formalaşdırmağa başladı. Azərbaycanda sosial dövlət ideyasının ən birinci dəstəkləyicisi və bu ideyanı həyata keçirən Ulu Öndər Heydər Əliyev oldu. Məhz xalqının rifahını düşünən və hər bir Azərbaycan vətəndaşının sosial iqtisadi rifahını öz siyasətinin mərkəzində qoyan Dahi Öndər Heydər Əliyev sosial dövlət ideyasına söykənərək elə sosial siyasəti də həyata keçirməyə başladı. Sosial dövlət ideyasının başlıca prinsipi ondan ibarətdir ki resursların birgə yaradılması ilə yanaşı bu resursların ədalətli bərabər bölgüsündə həyata keçirir və hər bir milli resurslardan hər bir cəmiyyət üzvü faydalanmış olur. Bu həm cəmiyyətdə ədalət prinsipinin bərpa olunması həm də, bütövlükdə ölkənin sosial dövlət xarakterinin gücləndirilməsini şərtlandirirdi. Ona görə də, məhz 1994-1995-ci illərdən başlayaraq Ulu Öndər Heydər Əliyev tərəfindən hər tərəfli sosial xarakterli addımlar atılmağa başladı. Məhz vaxtı ilə uğurlu bünövrə bu gün də sosial xarakterli addımların davamlı xarakter almasını təmin etməkdədir”.