Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

8 Dekabr 2023 15:17 (UTC+04:00)

Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Yaxın günlərdə isə digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəniləcək.