Azərbaycan çempionatında ilk turun oyunlarının keçirilmə vaxtı açıqlanıb

8 Dekabr 2023 14:31 (UTC+04:00)

Qadın voleybolçular arasında Azərbaycan çempionatında birinci turun oyunlarının keçirilmə vaxtı bəlli olub. SİA xəbər verir ki, vaxtı dəyişdirilmiş iki matçın hər biri dekabrın 9-da oynanılacaq.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları üz-üzə gələcəklər. Görüş saat 15:00-da start götürəcək.

Turun digər matçı isə “Azərreyl” və UNEC komandaları arasında olacaq. “Murov Az Terminal”ın idman zalında baş tutacaq bu qarşılaşma saat 19:00-da başlayacaq.