Səbail rayonunda ictimai iaşə obyektində yanğın baş verib - VİDEO

8 Dekabr 2023 12:46 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Xəqani küçəsində ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub. Qurumdan SİA-ya bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində restoranın havalandırma qurğusunda baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Restoran yanğından mühafizə olunub.