“Şəhid və qazi ailələrinin 126 392.73 AZN borcu ləğv edilib”

8 Dekabr 2023 11:51 (UTC+04:00)

“Şəhid və qazi ailələrinin istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə "YAŞAT" Fondu tərəfindən vəsait 7 011 408.82 AZN vəsait xərclənib”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib.

Elvin Hüseynov bildirib ki, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin 3 və yaralıların 1 379 müraciəti olmaqla ümumilikdə 2 300 müraciət təmin edilib. Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 AZN borc ləğv edilib”.