Fondun büdcəsindən bu günə kimi 79 484 043.94 AZN vəsait xərclənib

8 Dekabr 2023 11:24 (UTC+04:00)

“YAŞAT" Fondonun yaradılmasında əsas məqsəd görülən işlərin mərkəzləşdirilmiş şəkildə aparılmasıdır”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib.

E.Hüseynov bildirib ki, fondun büdcəsindən bu günə kimi 79 484 043.94 AZN vəsait xərclənib: “Bu rəqəmin il sonuna kimi 80 milyon AZN olacağı gözlənilir. Ölkə ərazisində 3 004 şəhidin ailə üzvləri, habelə 6 568 yaralı olmaqla ümumilikdə 17 861 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 14 785 şəxsin 46 868 müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 43 069-dır”.