Naxçıvan Ali Məclisinin payız sessiyasının növbəti iclası keçirilir

8 Dekabr 2023 11:07 (UTC+04:00)

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçirilir. Bu barədə SİA-nın yerli bürosu xəbər verir.

İclasda “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirə olunması, həmçinin Ali Məclisin İqtisadi siyasət komitəsinin tərkibində dəyişiklik edilməsi nəzərdə tutulur.