"Azərbaycan Hava Yolları" QSC (AZAL) dekabrın 10-dan Bakıdan Qətərin paytaxtı Dohaya uçuşlar həyata keçirəcək. SİA AZAL-a istinadən xəbər verir ki, aviareyslər həftədə iki dəfə — cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.azsaytından, AZAL-ın kassalarından, akkreditə olunmuş agentliklərindən və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.