Sumqayıt 2025-ci ilin “Gənclər Paytaxtı” seçilib

8 Dekabr 2023 01:07 (UTC+04:00)

Sumqayıt şəhəri 2025-ci il üçün “Gənclər Paytaxtı” seçilib. SİA xəbər verir ki, dekabrın 7-də Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib.

Nazir Fərid Qayıbovun sədrliyi ilə təşkil olunan iclasda səsvermə nəticəsində Quba 2024-cü il, Qəbələ isə 2025-ci il üçün "İdman Paytaxtı" seçilib

Kollegiyada, həmçinin 2025-ci il üçün “Gənclər Paytaxtı” da bilinib.

Namizəd şəhərlərin təqdimatından sonra Sumqayıt şəhəri 2025-ci il üçün “Gənclər Paytaxtı” seçilib.