Bu, Rusiyanın ödəməli olacağı təzminat üçün avans olacaq...

8 Dekabr 2023 00:01 (UTC+04:00)

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Ukraynanı bərpa etmək üçün Rusiya aktivlərindən istifadə ideyasını dəstəkləyir.

...Bu, təzminat məsələsində avans olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, nazirin bəyanatının “Sky News”da yer aldığı deyilir.

Qeyd edək ki, Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri hazırda Amerika Birləşmiş Ştatlarındadır və orada onun dövlət katibi Entoni Blinkenlə görüşü nəzərdə tutulub.

...Bu pulu, yəni Rusiya aktivlərini dondurmaq əvəzinə, götürüb Ukraynanın bərpasına xərcləyək və bu, əgər istəsəniz, Rusiyanın başlatdığı qeyri-qanuni işğala görə bir gün ödəməli olduğu təzminat üçün avans olacaq.

Onu da qeyd edək ki, Kemeron bunu Blinkenlə görüşdən əvvəl vurğulayıb.

İngilis nazirin sözlərinə görə, o, aktivlərin müsadirəsi ilə bağlı bütün arqumentləri nəzərdən keçirib və onu bunun pis fikir olduğuna inandıracaq heç nə görməyib.

O, həmçinin respublikaçıların Senatda qanun layihəsini dəstəkləməkdən imtina etməsindən sonra ABŞ-ı Ukraynaya yeni yardımın maliyyələşdirilməsini təsdiq etməyə çağırıb.

Ağasəf Babayev