Mişeldən Bakı-İrəvan razılaşmasına reaksiya verdi

7 Dekabr 2023 22:53 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistanın birgə yaydığı bəyanatı alqışlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Şarl Mişel sosial şəbəkə hesabında yazıb.

“Saxlanılanların azad edilməsini və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Avropa İttifaqının rəhbərlik etdiyi "Brüssel prosesi"nin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır.

İndi isə liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”, – deyə Avropa İttifaqı Şurasının Prezidenti vurğulayıb.