Poqba futboldan uzaqlaşdırılıb

7 Dekabr 2023 23:14 (UTC+04:00)

İtaliyanın idman prokurorluğu daha əvvəl dopinqdə ittiham olunan "Yuventus"un yarımmüdafiəçisi Pol Poqbanın 4 il müddətinə futboldan uzaqlaşdırılmasını istəyib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, İtaliyanın milli antidopinq qurumu tərəfindən aparılan testin fransalıda idmançılarda dözümlülüyü artıran hormon olan testosteron səviyyəsinin yüksəldiyini aşkar etdikdən sonra Poqba sentyabr ayında futboldan uzaqlaşdırılıb. Bu, A seriyasında "Yuventus"un "Udineze" üzərində qələbəsindən (3:0) sonra baş verib.