Kiprdə Puqaçovaya xidmət edən satıcı qəza töhmət verilib

7 Dekabr 2023 21:59 (UTC+04:00)

...Multibrend mərkəzindəki butikin kiprli sahibləri müğənni Alla Puqaçovaya həddindən artıq diqqət yetirdiyinə görə satıcı qadını danlayıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə. bu barədə “Moskovski Komsomolets” mənbəyə istinadən yazır.

Nəşrin məlumatına görə, ifaçı Kiprdə alış-veriş edirmiş. Mənbə butiklərin birində Allaya rusdilli qızın xidmət etdiyini bildirib. O, məşhur müğənnini dərhal tanıyıb və bütün səylərini ona xidmət etməyə cəmləyib.

Rusların, yox rus saytlarının da xoşuna gəlməyən satıcı qızın digər alıcılara fikir verməməsi olub.

Qəzetin həmsöhbəti qeyd edib ki, Puqaçova butikdən çıxandan sonra mağaza sahibləri qızı danlayıb və xəbərdarlıq ediblər ki, hər hansı səbəbdən yalnız bir müştəriyə diqqət yetirsə, onu işdən çıxaracaqlar.

Yeri gəlmişkən, satıcı qız “müğənninin Rusiyada böyük ulduz olduğunu” deyib. O, əlavə edib ki, Puqaçovanın adının butik sahibləri üçün heç bir mənası yoxdur, çünki onlar kiprlidirlər və rus ulduzlarını tanımırlar.

Nazlı