Siluanov: Valyuta məhdudiyyətləri tədricən aradan qaldırılacaq

7 Dekabr 2023 23:44 (UTC+04:00)

...Payızda tətbiq edilən iri ixracatçıların valyuta gəlirlərinin repatriasiyası və satışı üzrə öhdəliklər müvəqqəti həll yolu oldu və öz nəticəsini verdi, hökumətin maliyyə-iqtisadi bloku kapitalın hərəkətinə qoyulan məhdudiyyətlərin tədricən aradan qaldırılmasında maraqlıdır.

SİA-nın əldə etdiyi məlumata görə,“İnterfaks” xəbər verir ki, bu barədə maliyyə naziri Anton Siluanov VTB forumunda bildirib.

...İndi bu müəyyən müddətə verilən qərardır, bu qərar müvəqqətidir. Ümid edirəm ki, görülən tədbirlər - gördük ki, öz nəticəsini verdi, vəziyyətin bundan sonra necə inkişaf edəcəyini görəcəyik, - amma əminəm ki, bu gün mövcud olan məhdudiyyətlər getdikcə aradan qalxacaq.

Siluanov bunu suala cavab verərkən bildirib

Forumda çıxış edən Rusiya Bankının sədri Elvira Nabiullina da valyuta məhdudiyyətlərindən ehtiyat edən Mərkəzi Bankın mövqeyini təsdiqləyib və onlar zamanla məhdudlaşmasını israr edib.

Nazlı