...Aktyor Brüs Uillisin hər zaman ailəsi - keçmiş həyat yoldaşı aktrisa Demi Mur, həyat yoldaşı Emma Heminq və uşaqları əhatə edir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, məlumatlı mənbələr demensiyadan əziyyət çəkən aktyora köməkdən danışıblar.
...Brüs diaqnozu qoyulan kimi hamı onun bütün ailə üzvlərini xatırladığına əmin olmaq üçün bir araya gəlib. Onlar hər zaman yaxındırlar, bu təcrübə ailəni bir araya gətirdi. Heç kim Brusun nə qədər vaxta yaşayacağını bilmir, ona görə də hər kəs...birlikdədir.
Bunu yazan mənbə ailədəkilərin aktyorun tezliklə dünyasını dəyişəcəyini istisna etmədiklərinə eyham vurub.
Qeyd edək ki, bu gün 68 yaşlı Uillis, qızı Rumerin qızı, yəni səkkiz aylıq nəvəsi Louetta ilə “vaxt keçirir”.
Deyilənlərə görə, Rumer istəyir ki, qızı Louetta babası Bryusu tanısın.
...O, qızının babası üçün həyatının bir parçası olmasını istəyir. Təbii ki, bu, xüsusi bir əlaqədir.
Yeri gəlmişkən, Brüs Uillisin həmkarı Demi Murdan üç övladı var: Rumerdən başqa onlar Skaut və Tallula adlı qızları da “birlikdə böyüdüblər”(?).
Aktyorlar 1987-ci ildən 2000-ci ilə qədər təxminən 13 il evli olublar. Sənətçi boşandıqdan sonra 2009-cu ildə özündən 23 yaş kiçik model Emma Heminqlə ailə həyatı qurur və cütlük iki qız böyüdür: 11 yaşlı Meybel Rey və 9 yaşlı Evelin Penn...
Nazlı