Zəlzələ ilə bağlı xəstəxanalar gücləndirilmiş iş rejiminə keçib

7 Dekabr 2023 11:13 (UTC+04:00)

Bu gün yerli vaxtla saat 08:16-da Altıağac seysmoloji stansiyasından 51 kilometr şimal-şərqdə, Xəzər dənizində baş verən zəlzələ ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları gücləndirilmiş iş rejiminə keçirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb.

Eyni zamanda, tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq, TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.