Rusiyanın əsas müttəfiqi də “etibarsız” çıxdı..?

7 Dekabr 2023 09:52 (UTC+04:00)

Çin Avropa İttifaqı ilə qarşılıqlı faydalı əməkdaşlıq tərəfdaşlığı qurmaq arzusunu ifadə edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Çin prezidenti Si Cinpin deyib.

...Çin və Avropa İttifaqı qarşılıqlı faydalı əməkdaşlıq üçün tərəfdaş olmalıdırlar.

RİA Novosti-nin bunu Si Cinpinin dediyini bildirir.

Verilən xəbərə görə, Avropa Şurasının sədri Çarlz Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşdə Çin prezidenti siyasi qarşılıqlı etimadın davamlı olaraq gücləndirilməsinin, strateji konsensusa nail olunmasının və müxtəlif maneələrin aradan qaldırılmasının zəruri olduğunu bildirib.

Yeri gəlmişkən, G7 ölkələri də Çini öz tərəfinə çəkmək istəyir. Onlayn sammit zamanı onlar Çinlə konstruktiv və sabit münasibətlər qurmaq istəklərini bildiriblər. Belə əməkdaşlığın məqsədi Ukraynadakı münaqişənin həlli üçün Rusiyaya təzyiq göstərməkdir.

Bu arada rusların onlayn nəşri olan “Life” xəbər verir ki, Avropa İttifaqının diplomatiya üzrə rəhbəri Josep Borrell, avropalıların Pekindən daha çox dəstək gözlədiklərini bildirib.

Nazlı