55 yaşında kişi küt alətlə qonşusu tərəfindən öldürülüb

7 Dekabr 2023 08:04 (UTC+04:00)

Dekabrın 7-də saat 01 radələrində Ağdaş rayonunda 1968-ci il təvəllüdlü Hacıyev Araz Mahir oğlunun küt alətlə yetirilən xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin regional qrupundan SİA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən A.Hacıyevin qonşusu 1973-cü il təvəllüdlü Rüstəmli Rövşən Rüstəm oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.