İki uşaq anası Fahriye Evcen xoşbəxtliyin sirrini verdi

7 Dekabr 2023 08:44 (UTC+04:00)

Türkiyəli aktrisa Fahriye Evcen 2017-ci ildə ailə qurduğu Burak Özçivitlə münasibətindən danışıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Burak Özçivit və Fahriye Evcen xoşbəxt evliliklərini davam etdirirlər.

Evcen xoşbəxtliyinin sirrini 2017-ci ildə ailə qurduğu Burak Özçivitlə bağlı olduğunu deyib. O, açıqlamasında deyib: "Münasibətlərdə özünüzü xoşbəxt etməyi bacarmaq, tarazlıqda olmaq, daima sevgi və sevməyi seçə bilmək vacibdir. Əgər qarşı tərəf də sevgi ilə yaşayırsa, o əlaqə xoşbəxt bir formada davam edir. Fərqli şeylər axtarmadan hər an dəyərini, gözəlliyini görə bilmək lazımdır. Hazırda daxili səsimə qulaq asanda özümü daha şüurlu və sakit hiss edirəm”.