İsrailin hava zərbəsi Qəzzada 17 nəfərin həyatına son qoyub

7 Dekabr 2023 02:06 (UTC+04:00)

İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində yerləşən Maqazi qaçqın düşərgəsinin qərbində yerləşən evə zərbələr endirib. SİA-nın xəbərinə görə bu barədə Əl-Cəzirə telekanalı mənbələrə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, atəş nəticəsində azı 17 nəfər həlak olub. Hücum qurbanları arasında uşaqlar da var.