Ya rus ordusuna yazılıb “dövlət üçün işləməlisən”, ya da...

7 Dekabr 2023 00:09 (UTC+04:00)

...Rusiya ərazisindən Finlandiyaya getməyə çalışan miqrantlar deportasiya təhlükəsi ilə orduya cəlb olunurlar.

SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı ən azı iki belə hal BBC-nin Rus Xidmətinə və qaçqınlarla işləyən hüquq müdafiəçilərinə məlum olub.

Beləliklə, bu ilin iyulunda Rusiyaya uçan Somalidən olan miqrant danışıb. Belə ki, Belarus vasitəsilə Polşaya çatmaq üçün uğursuz cəhddən sonra o, Sankt-Peterburqdan Finlandiyaya getmək istərkən yolda saxlanılıb.

Somalili miqrantın sözlərinə görə, Rusiya müvəqqəti saxlama təcridxanasında ona və orada saxlanılan daha 11 əcnəbiyə “dövlət üçün işləmək” təklif olunub.

...Və bunun müqabilində yaxşı maaş da təklif edilib.

Miqran belə bir təkliflə razılaşanların Ukrayna ilə sərhəddəki düşərgəyə gətirildiyini bildirib.

Dediyinə görə aldadıldıqlarını görən miqrantlar orada müqavilələrdən imtina ediblər. Amma ruslar onları təhdid etməyə başlayıblar, sonra isə müvəqqəti saxlama təcridxanalarına qaytarılacaqlarını və Rusiyadan çıxarılacaqlarını vəd etdilər.

Başqa bir iraqlı miqrant vizasının bitdiyi üçün Finlandiyaya getmək və sığınacaq istəmək qərarına gəldiyini bildirir. Amma ruslar onu həbs edərək seçim təklif ediblər: ya muzdlulara qoşulmalısan, ya da İraqa qayıdıb və beş il müddətinə Rusiyaya gələ bilməzsən.

Qeyd edək ki, onun təkliflə razılaşıb-razı olmadığı məlum deyil.

Amma BBC jurnalistləri, Ukrayna tərəfinin Rusiya üçün döyüşən xarici muzdluların, o cümlədən Somali və İraqdan olanların məhv edilməsi faktlarını artıq qeydə aldıqlarını bildiriblər.

Ağasəf Babayev