Putin Ukraynanı ələ keçirsə, dayanmayacaq və...

6 Dekabr 2023 22:46 (UTC+04:00)

ABŞ prezidenti Cozef Bayden Konqresə müraciətində Rusiyanın Ukraynadakı qələbəsindən sonra NATO ölkələrindən birinə hücum edəcəyini ehtimal edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.

Bayden Rusiyanın xüsusi hərbi əməliyyatdakı qələbəsinin nəticələrini açıqlayıb.

Agentliyin məlumatına görə, Bayden Konqresdə Ağ Evin Ukrayna, İsrailə yardım tələbi və digər ehtiyaclara dair səsvermədən əvvəl xüsusi çıxış edib.

ABŞ liderinin dediyinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynanı ələ keçirsə, dayanmayacaq, hərəkətə keçərək NATO müttəfiqinə hücum etməyə davam edəcək.

Xatırladaq ki, bundan əvvəl Bayden konqresmenlərdən Təl-Əvivə və Kiyevə yardım üçün 106 milyard dollar ayırmağı xahiş etsə də, rədd cavabı almışdı.

Nazlı