Azərbaycan şəxsiyyətləri “Türk yurdu Ankara”da

6 Dekabr 2023 23:06 (UTC+04:00)

Azərbaycanın tarixi şəxsiyyətləri haqqında “Türk Yurdu Ankara” kitabında bəhs olunub.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyədə Ankara Ticarət Odası Konqres Mərkəzində (ATO) “Türk yurdu Ankara” kitabının təqdimat mərasimi keçirilib. 112-ci ilini qeyd edən Türk Ocaqları Dərnəyinin Türk Yurdu Yayınları kitab evinin nəşri olan kitab Türkiyənin tanınmış tibb elmiləri doktoru, professor Ayşe Filiz Yavuz tərəfindən tərtib edilib.

A.F.Yavuz “Report”a bildirib ki, kitabda Ankaranın tarixi, əfsanələri, mədəni quruluşu, özəllikləri, xatirələri, məşhurları və s. yer alıb. Kitabda Azərbaycanın tanınmış adamlar arasında Ankaranın paytaxt olaraq formalaşmasında töhfələri olmuş, Azərbaycan Cümhuriyyətinin qurucusu, böyük türk siyasi xadimi, alim, yazıcı Məhəmməd Əmin Rəsulzadə və digər Azərbaycan şəxsiyyətlərindən də bəhs olunub.

13 noyabr 2023-cü ildə paytaxt olaraq elan edilən Ankaranın Türkiyədə, eləcə də türk dünyasında geniş məzmunda tanıdılması üçün kitabda hərtərəfli məlumatlar yer alır.

Qeyd edək ki, Türk Ocaqları Dərnəyi rəhbərliyində təmsil olunan Ayşe Filiz Yavuz türk dünyası ilə bağlı ən çox tədqiqat aparan türk ziyalılarındandır.