"Qızılcaya təkrar yoluxma demək olar ki, mümkün deyil" - Təyyar Eyvazov

6 Dekabr 2023 15:35 (UTC+04:00)

Qızılca keçirmiş şəxsdə bu infeksiyaya qarşı immunitet formalaşır. Odur ki, təkrar yoluxma demək olar ki, mümkün deyil. SİA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi instaqram səhifəsində “Qızılca” mövzusunda yayımlanan canlı yayımda deyib.

Mütəxəssis-ekspert təkrar yoluxmaya nadir hallarda rast gəlindiyini də diqqətə çatdırıb.