"Blackpink" müqaviləsində dəyişiklik edəcək

6 Dekabr 2023 12:49 (UTC+04:00)

Koreya super ulduzları - "Blackpink" müqaviləsini yeniləyib. Qrup kvartetin birlikdə çıxış etməyə davam etməsini təmin edərək agentlik müqavilələrini yenilədiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yeni müqavilənin bu il musiqi qrupları tərəfindən imzalanan ən gəlirli müqavilələrdən biri olduğuna inanılır.

Agentliyin verdiyi məlumata görə, "Blackpink" dünyadakı pərəstişkarları üçün yeni albomlar və dünya turları nəzərdə tutub.

Yeni qrup müqaviləsinin təfərrüatlarının hələ dəqiqləşdirilmədiyi bildirilib. Eyni zamanda agentliyin qrup üzvləri Jisoo, Lisa, Jennie və Rose ilə fərdi müqavilələri qeyd olunmayıb. Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi bu müqavilələr üzrə danışıqların hələ də davam etdiyini bildirib.

Qeyd edək ki, 2016-cı ildə yaradılan "Blackpink" dünyanın ən böyük qız K-pop qrupu olaraq tanınır.

Sevilin Abbasova