Türkiyəli məşhur müğənni, aktyor Mahsun Kırmızıgülün yeni filmi - "Gözəl Atlar Diyarı" olacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur sənətçi yeni serial hazırlıqlarına başlayacağını bildirib. Qeyd edək ki, onun sonuncu ekran işi "Prestij Məsələsi" adlı filmi idi.
M.Kırmızıgül yeni ekran işini Qara dəniz və Kapadokyada çəkməyi planlaşdırır. O sosial şəbəkə hesabında etdiyi paylaşımda “Prestij məsələsi“ni məni mən edən, tayı-bərabəri olmayan xatirələri, sənət həyatımı paylaşmaq üçün hazırladım və rejissorluğunu etdim. Kinonu izləyəcək bütün izləyicələrə sevgimi yollayıram” ifadələrini işlədib.
Sevilin Abbasova