Britni Spirsin atasının ayağı amputasiya edilib

6 Dekabr 2023 10:01 (UTC+04:00)

Məşhur müğənni Britni Spirsin atası Ceymi Spirsin ayağı bir ay əvvəl amputasiya edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ceymi Spirs ayağındakı ağır infeksiyaya görə beş əməliyyat keçirib və infeksiyanı nəzarət altına almaq mümkün olmadığı üçün həkimlər ayağını amputasiya etməli olublar.

Mənbələrdə də bildirilir ki, C.Spirsin tək istəyi qızı ilə barışmaq olub. Onu da qeyd edək ki, 2008-ci ildə Britni Spirsin bütün həyatı və karyerası atasının himayəsinə verilib. 13 illik müddət bitdikdən sonra Britni Spirs atası ilə əlaqələrini kəsib.

Sevilin Abbasova