Müğənni Hadisə görüntüləri ilə gündəm yaradıb. SİA xəbər verir ki, sənətçi "Area" markasından cırıq cinsdə və "Cult Gaia" imzalı üst geyimdə kamera qarşısına keçərək poza verib. Onun şalvarının dəyərinin 20 700 Tl (təxminən 1200 manat), maykasının isə 17 249 Tl (təxminən 1015 manat) dəyərində olduğu məlum olub.
Müğənninin cəlbedici pozalarda dayanıb şəkil çəkdirməsi diqqət çəkib.