Qərbi Azərbaycana həsr olunmuş “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans keçirilir. SİA xəbər verir ki, konfransda 20-dən çox ölkədən 40 -dan çox xarici ekspert iştirak edəcək.
Tədbirin açılışında Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Ədalət və İnkişaf Partiyasının sədr müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Zəfər Sırakaya və Efiopiyanın millət vəkili Təvfiq Əhməd çıxış edəcək.
Ləman Sərraf