Avstriyanın 4 vətəndaşı Qəzzadan təxliyə edilib

5 Dekabr 2023 06:32 (UTC+04:00)

Dörd avstriyalı Qəzza zolağından Misirə aparılıb, daha bir nəfər isə girov olaraq qalır. SİA xəbər verir ki, bu barədə ORF portalı Avstriya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu gün iki evli cütlük təxliyə edilib.

İndi Xarici İşlər Nazirliyi İsrail vətəndaşlığı da olan daha bir şəxsin azad edilməsi üzərində işləyir.