Canlı yayımda zəlzələ oldu

5 Dekabr 2023 08:39 (UTC+04:00)

Məşhur türk model, teleaparıcı Çağla Şıkel canlı yayım zamanı zəlzələni soyuqqanlılıqla qarşılayıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, veriliş davam edərkən qəfildən masa titrəməyə başlayıb.

İştirakçı aparıcıdan təəccüblü şəkildə nə olduğunu soruşub. Aparıcı isə titrəmə dayandıqdan sonra "Davam edək" deyərək proqramı davam etdirib.

Xatırladaq ki, ötən gün səhər saatlarında Türkiyənin İstanbul şəhərində 5.1 bal gücündə zəlzələ baş verib. Zəlzələ İstanbulun ətraf bölgələrində, şəhərlərdə də hiss olunub.