Hakan Fidan ABŞ-a gedir

5 Dekabr 2023 03:06 (UTC+04:00)

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşəcək. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, cümə günü H.Fidan Vaşinqtona səfər edəcək.

Türkiyə rəsmisi burada E.Blinkenlə Qəzza anklavındakı son vəziyyəti müzakirə edəcək.