Güclü külək sərnişin avtobusunu xəndəyə aşırdı - FOTO

5 Dekabr 2023 02:35 (UTC+04:00)

Rusiyada əlverişsiz hava şəraiti gözlənilməz hadisə ilə nəticələnib. Belə ki, güclü külək içində sərnişinlər olan avtobusu xəndəyə aşırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qorxunc hadisə Krasnoyarsk diyarında baş verib.

Qəza zamanı salonda 15 sərnişin olub. Xilasedicilər onları avtobusun lyukundan çıxarıblar. Onlar ilkin müayinədən sonra evlərinə buraxılıblar.