Bıçaqlanmış körpə meyiti tapılıb...

5 Dekabr 2023 00:54 (UTC+04:00)

...Rusiya Federasiyası İstintaq Komitəsinin Tula vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidməti bıçaq yarası olan bir yaşlı uşağın cəsədi tapıldığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.

Meyitin yaşayış mənzillərindən birində tapıldığı qeyd edilir. Hazırda müstəntiqlər cinayət işi açıb, uşaq qətlində şübhəli bilinən şəxs axtarışa verilib.

...Rusiya İstintaq Komitəsinin Tula vilayəti üzrə istintaq orqanları Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulmuş cinayət əsasında uşağın ölümü ilə bağlı cinayət işi açıb.

İstintaq müəyyən edib ki, 2023-cü il dekabrın 4-də Leninski rayonu ərazisində yerləşən mənzildə bıçaq xəsarəti olan 2022-ci il təvəllüdlü azyaşlı oğlanın meyiti aşkarlanıb.

Deyirəm, hələ bu nədi ki..?

Ötən gün Pskov vilayətində çoxuşaqlı ana üç uşağını qətlə yetirməkdə şübhəli bilinirərək qandallanıb.

Nazlı