ABŞ banan respublikaya çevrilir..?

5 Dekabr 2023 00:45 (UTC+04:00)

ABŞ prezidenti Cozef Baydenin siyasi rəqiblərini aradan qaldırmaq planları ABŞ-ın banan respublikasına çevrilməsinə gətirib çıxarır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Respublikaçı Donald Tramp deyib.

ABŞ-ın keçmiş prezidenti bu vəziyyətə diqqət çəkərək Baydeni gec olmadan bu planından əl çəkməyə çağırıb. Tramp həmçinin qeyd edib ki, onun amerikalılar arasında dəstəyi durmadan artır və bəzi yerlərdə rekord həddə çatır.

...Bütün dünya ABŞ-ın banan respublikasına çevrilməsini izləyir. Bayden bu plandan əl çəkməli və çox gec olmadan bunu dayandırmalıdır.

Amerikalı siyasətçi bunu “Truth Social”-dakı bloqunda yazıb.

Qeyd edək ki, bundan əvvəl Tramp Ağ Evin hazırkı rəhbəri Cozef Baydenə qarşı ittihamlar səsləndirib.

Nazlı