Putin bəzi kateqoriyalı qadınlar üçün amnistiyaya icazə verdi

5 Dekabr 2023 00:36 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin müəyyən kateqoriyalı qadınların amnistiyaya ehtiyacı ilə razılaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazıb.

Putinin Prezident yanında İnsan Hüquqları Şurası ilə görüşü zamanı İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçova dövlət başçısına müraciət edib. O, prezidentdən zorakılığa əsaslanmayan cinayətlərə görə həbsdə olan qadınların azyaşlı uşaqları olduqda və ya onların işlərində zərərçəkən yoxdursa, onların əfv edilməsi imkanlarını nəzərdən keçirməyi xahiş edib.

...Həbsxanada olan qadınlara gəlincə, gətirdiyiniz nümunələr inandırıcıdır. Və hesab edirəm ki, müvafiq qərarlar hazırlanmalı və qəbul edilməlidir, o cümlədən həbsdə olan bəzi kateqoriyadan olan qadınlara amnistiya verilməsi ilə bağlı...

Rusiya lideri deyib bunu.

Qeyd edək ki, bundan əvvəl Putin sosial elmlər üzrə yeni vahid dərsliyin hazırlanmasında İnsan Hüquqları Şurasının iştirakını təsdiqləyib.

Nazlı