Braziliya prezidenti Lula da Silva bazar ertəsi, dekabrın 4-də Rusiya lideri Vladimir Putinin Rio-de-Janeyroda keçiriləcək G20 sammitinə gəlişinin “nəticələrini qiymətləndirməlidir” deyə bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Terra” yayıb.
Qeyd edək ki, Lula Berlində Almaniya kansleri Olaf Şolzla birgə keçirdiyi mətbuat konfransında deyib: “Əgər Putin Braziliyada keçiriləcək G20 görüşünə gəlsə, nə baş verə biləcəyini bilir.
Xatırladaq ki, Braziliya Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür və buna görə məsuliyyət daşıyır.
Yeri gəlmişkən, martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi rusiyalı lider Vladimir Putinin ukraynalı uşaqların Rusiya Federasiyasına deportasiyası ilə bağlı hərbi cinayətlər törətməkdə şübhəli bilinərək həbsinə order verib.
Nazlı