ABŞ kəşfiyyatı əvvəl Ukraynanın əks-hücumunun uğuruna inanmırdı...

5 Dekabr 2023 00:01 (UTC+04:00)

...Ukrayna əks-hücumuna başlamazdan əvvəl də Amerika kəşfiyyatı ukraynalıların 2023-cü ildə müharibəni qələbəyə əhəmiyyətli dərəcədə yaxınlaşdıra biləcəyinə inanmırdı. Bu, təkcə Kiyevdə deyil, həm də Pentaqonda olan əhval-ruhiyyə ilə kəskin ziddiyyət təşkil edirdi.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu “The Washington Post” yazır.

Adının açıqlanmasını istəməyən məlumatlı mənbələrlə söhbətlərə əsaslanan məqalədə nəşr 2023-cü ilin fevralında Amerika hərbi-siyasi rəhbərliyinin əhval-ruhiyyəsinin ümumi mənzərəsini təqdim edir.

...Fevral ayında, müharibənin birinci ildönümündə Ukrayna prezidenti Vladimir Zelenski 2023-cü ilin “qələbə ili” olacağı ilə öyündü. Baş Kəşfiyyat İdarəsinin rəhbəri həmçinin ukraynalılar tezliklə Rusiyanın 2014-cü ildə qeyri-qanuni ilhaq etdiyi Krımda istirahət edəcəklərini də vəd etdi. Lakin Amerika hökumətindəki bəziləri buna o qədər də əminlik ifadə etmədilər.

Qeyd etdiyimiz kimi, bunu “The Washington Post” yazır.

Amerika kəşfiyyat rəsmiləri daha sonra əks-hücum zamanı Ukraynanın uğur qazanma ehtimalını “50-dən 50-yə” kimi qiymətləndiriblər. Bu qiymətləndirmə hətta Pentaqonu və xüsusən də ABŞ-ın Avropa Komandanlığını məyus etdi. Hətta bir il əvvəl həmin Amerika kəşfiyyatçılarının Kiyevi ələ keçirmək üçün ruslara bir neçə gün vaxt verdiyini xatırladılar. Lakin kəşfiyyat öz nəticələrində sarsılmaz idi.

...Bunun bir hissəsi, sadəcə olaraq, rus ordusunun böyük çəkisi faktı idi. Müharibənin birinci ilində bütün bacarıqsızlıqlarına baxmayaraq, ruslar cəbhədəki bir çox boşluqları doldurmaq üçün səfərbərlik etməyə müvəffəq oldular. Zaporojyedə onların həqiqətən nəhəng stasionar müdafiəni necə qurduqlarını, ukraynalılar üçün keçməsi çətin çox qanlı olduğunu gördük.

Bunu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns sonralar xatırlayır.

ABŞ prezidenti Cozef Baydenin aldığı kəşfiyyat hesabatında belə bədbin proqnozların yer almasına baxmayaraq, o, Ukraynanın ATACMS raketləri və döyüş təyyarələri ilə bağlı müraciətini təmin etməkdən imtina etməyə davam edib.

...UNIAN-ın yazdığı kimi, “The Washington Post” mənbələri bildiriblər ki, Amerika hərbi rəhbərliyi əks-hücumun əvvəlində Ukrayna Silahlı Qüvvələrinin “birləşmiş silahlarla döyüş” taktikası ilə hərəkət edəcəyini gözləyirdi. Yəni əks-hücum İkinci Dünya Müharibəsi zamanı böyük döyüşün ideal versiyasına bənzəyəcəkdi. Amma bunun əvəzində Ukrayna Silahlı Qüvvələri kiçik piyada dəstələrinin taktikasına əl atıb.

Bununla belə, hətta Qərb mətbuatında belə fikirlər səslənirdi ki, düşmən üzərində say üstünlüyünə malik olmadan və havada xeyli geridə qalmadan “birləşmiş döyüş” taktikasını həyata keçirmək prinsipcə mümkün deyil. Avqust ayında nüfuzlu “The Wall Street Journal” qəzeti yazmışdı ki, Ukrayna Pentaqonun bu cür məsləhətlərinə qulaq assaydı, bir neçə gün ərzində bütün döyüş gücünü itirəcəkdi.

Ağasəf Babayev